Xüsusi İstintaq Xidməti Qoqa Razmadzeni istintaqla əməkdaşlığa çağırır
Xüsusi İstintaq Xidməti Qoqa Razmadzeni istintaqla əməkdaşlığa çağırır

Xüsusi İstintaq Xidməti Qoqa Razmadzenin işi ilə bağlı açıqlama yayıb.

Açıqlamada qeyd edildiyi kimi, Xüsusi İstintaq Xidməti hüquqi əsas olduğu halda bütün zəruri prosessual hərəkətləri etməyə hazırdır.

“Qoqa Razmadze 2023-cü ilin avqustun 4-də dəfələrlə Xüsusi İstintaq Xidmətinə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşlarının mümkün qanunsuz hərəkətlərinə cavab verilməsini xahiş edib. Xüsusi İstintaq Xidməti Qoqa Razmadzenin hüquq və mənafelərini müdafiə etməyə hazırdır, bunun üçün onun istintaqla və müraciətdə qeyd olunan hallarla əməkdaşlıq etməsi zəruridir. Qoqa Razmadze eyni faktla bağlı ilk dəfə 2023-cü ilin iyulun 14-də xidmətə müraciət edib. Müraciətə cavab vermək üçün o, istintaq orqanına çağırılıb, orada istintaqla əməkdaşlıq etməyib və müstəntiq tərəfindən dindirilmək istəməyib. Xüsusi İstintaq Xidməti Daxili İşlər Nazirliyinin idarə rəisi Qoqa Razmadzeni istintaqla əməkdaşlığa çağırır. Xidmət hüquqi əsas olduqda bütün zəruri prosessual hərəkətləri etməyə hazırdır”, – deyə məlumatda qeyd olunub.