Xüsusi İstintaq Xidməti fəaliyyətə başladığı gündən indiyədək cinayətdə 139 nəfəri ifşalayıb
Xüsusi İstintaq Xidməti fəaliyyətə başladığı gündən indiyədək cinayətdə 139 nəfəri ifşalayıb

Xüsusi İstintaq Xidməti artırılmış səlahiyyətləri ilə 2022-ci ilin martın 1-dən fəaliyyətə başlayıb. Xidmət tərəfindən dövlət məmurları tərəfindən törədilmiş zorakılıq, işgəncə və pis rəftar faktları ilə yanaşı, vətəndaşların şəxsi həyatının toxunulmazlığına, jurnalistlərin peşə fəaliyyətinə qanunsuz müdaxilə, insan hüquq və azadlıqlarına qarşı digər cinayətlər də araşdırılır.

Xüsusi İstintaq Xidmətində cari işlər üzrə fəaliyyətə başladıqdan bu günədək prokurorluq tərəfindən 139 nəfər barəsində cinayət təqibi başlanılıb və cinayətdə ifşa olunub.

Xüsusi İstintaq Xidməti tərəfindən ifşa olunmuş 139 nəfərdən 62-si qeyri-müvafiq rəftar və zorakılığa görə cinayət məsuliyyətinə cəlb olunmuş hüquq-mühafizə orqanlarının əməkdaşıdır. Şəxsi həyatın toxunulmazlığının , insan hüquq və azadlıqlarının pozulması ilə bağlı cinayətlərdə 65, jurnalistlərə qarşı törədilmiş cinayətlərdə isə 12 nəfər ifşa edilib.

Xüsusi İstintaq Xidməti zərərçəkmişlərin və ərizəçilərin bilavasitə iştirakı ilə istintaqı aparılan cinayət işlərinin araşdırılmasını fəal şəkildə davam etdirir.

Məlumatı Xüsusi İstintaq Xidməti yayır.