Xüsusi İstintaq Xidməti zorakılıq və hədə-qorxu faktları üzrə hüquq-mühafizə orqanının işçisini ifşa edib
Xüsusi İstintaq Xidməti tərəfindən azyaşlının gözü qarşısında ailədə zorakılıq və hədə-qorxu faktları üzrə Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar İdarəsinin əməkdaşı A.B.ifşa edilib. Bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayır.
“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs 2023 və 2024-cü illərdə azyaşlı uşaqlarının yanında həyat yoldaşına fiziki zorakılıq edib, onu öldürməklə, əmlakını məhv etməklə hədələyib.
Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr və dekabr aylarında həyat yoldaşı ilə qarşılıqlı mübahisə zamanı azyaşlı uşaqlarının yanında ona bir neçə dəfə fiziki zorakılıq tətbiq edərək bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.
2024-cü ilin fevralında təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsində ünsiyyət qurarkən həyat yoldaşını evi yandırmaqla və onun həyatını almaqla hədələyib.
Xüsusi İstintaq Xidməti tərəfindən zərərçəkmiş şəxsin müraciətindən dərhal sonra təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib və dərhal sübutların toplanması təmin edilib. Azyaşlının yanında məişət zorakılığı faktları və ailə üzvünə yönəlik həyatına son qoyma və əmlakın məhv edilməsi ilə hədələmə faktları əsasında Gürcüstan Prokurorluğunun çıxardığı qərarla GCM-nin 126-cı əlavə maddəsinin 2-ci hissəsinin “B” yarımbəndi və GCM-nin 151-ci maddəsinin 2-ci hissəsinin “D” yarımbəndi ilə onun barəsində ittiham irəli sürülüb.
Xüsusi İstintaq Xidməti iş üzrə istintaqı davam etdirir”, – məlumatda deyilir.