Xüsusi əməliyyat zamanı Çataev hüquqmühafizəçilərə bir neçə tələb irəli sürdü
Terorizmin maliyyələşdirilməsində ittiham edilərək, həbs edilən şəxslərin sorğulanması nəticəsində Birinci Kanala ekskluziv detallar verildi.
Həbs edilən şəxslərdən birinin ittihamnaməsində deyilir ki, Ahmed Çataev xüsusi əməliyyat zamanı hüquqmühafizəçilərdən, Qabriel Salosi küçəsində həbs edilənlərdən birinin azad edilməsini tələb edirdi.
Məlumata görə, hüquqmühafizəçilər tərəfindən onun tələblərinin yetirə yetirilmədiyi halda, Çataev terakt törətməklə təhdid edirdi.
Yenə bir detal isə, Çataevin yaşadığı mənzil ilə əlaqəlidir. İstintaqın rəsmi versiyasına görə, Çataev oktyabr ayında, ona yardım edən şəxslərlə bərabər Tbilisidə başqa bir ünvanda yaşayırdı, Qabriel Salosi küçəsinə isə, yeni köçmüşdü.