"Xüsusi əməliyyat bu qədər uzadılmasaydı, daha çox itgi ola bilərdi"“
Parlament əksəriyyətinin üzvü Koba Narçemaşvilinin fikri ilə, Beri Qabriel Salosi küçəsində həyata keçirilən xüsusi əməliyyat daha tez başa çatdırılsaydı, xüsusi təyinat dəstəsinin daha çox əməkdaşı zərər görə bilərdi.
Parlamentin bugünki plenar iclasında Koba Narçemaşvili xüsusi əməliyyat zamanı həlak olan Vano Qoloşvilinin ailəsinə baş sağlığı verdi.
“Xüsusi əməliyyat əhalinin sıx şəkildə yaşadığı yerdə keçirildi və belə halda ikiqat artıq təhlükəsizlik tədbirləri görülməlidir. Xüsusi əməliyyat bu qədər uzanmasaydı, xüsusi təyinat dəstəsinin daha çox əməkdaşı zərər görə bilərdi” – dedi Koba Narçemaşvili.
Deputatın dediyinə görə, yaxın günlərədə, öldürülən teroristlərin kimliyinin identifikasiyası keçiriləcək və ictimaiyyətə məlumat veriləcək, ona qədər isə, hərkəs səbrli olmalıdır.
Xatırladaq ki, Beri Qabriel Salosi küçəsində terora qarşı xüsusi əməliyyat noyabrın 22-də keçirildi.
Qeyd edək ki, Koba Narçemaşvili Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze hakimiyyətində, “Güllər inqilabı”-nın baş verdiyi dövrdə Daxili İşlər Naziri vəzifəsində çalışırdı.