Bazar günü biz mütləq qalib olacağıq, – bu bəyanatı Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç Brüsseldə verdi.
“Dünənki oyunu başdan sona qədər izlədiyimi deyə bilmərəm, iş yeməyində arada bir matçın gedişatına göz atırdıq sadəcə. Möhtəşəm bir atmosfer var idi. Alyansın üzv ölkələri bizi təbrik edirdilər.
Məncə, finala və yarı finala NATO-nu üzvü olan ölkələr düşməlidirlər.
Fransa prezidentinə söz verdim ki, bazar günü Moskvada görüşüb, komandalarımızı oradan dəstəkləyəcəyik.
Bazar günü mütləq biz qalib gələcəyik” – dedi Xorvatiya prezidenti.
Xorvatiya dəstəsi dünən İngiltərə komandasını məğlub etdi və dünya çempionatının finalına çıxdı.
Dünya çempionatının finalı iyulun 15-də keçiriləcək.
Finalda Xorvatiya və Fransa komandaları oynayacaqlar.