Xorava keçəsində yaralanan gənc üçün Qan Bankı birinci müsbət qrupu qanını axtarır
Xorava keçəsində yaralanan gənc üçün Qan Bankı birinci müsbət qrupu qanını axtarır

Hematologiya İnstitutunun Qan Bankı Tbilisidə, Xorava keçəsində yaralanan gənc üçün, birinci müsbət qrupu qanını axtarır.

“Dünən yaralanan gənc üçün təcili olaraq, birinci müsbət qrupu qanı lazımdır. Yardım etmək arzusunda olanlar xahiş edirik 2390313, 577 221 413 nömrələrinə müraciət edin. Ünvan: Tsinandalı küçəsi N 9, Müqəddəs Yoane Motskale adına Privat Klinikanın birinci mərtəbəsi. Hematologiya və Transfuziologiya İnstitutunun Qan Bankı. Yardımınız üçün minnətdarlığımızı bildiririk!”, – Hematologiya İnstitutunun bəyanatında deyilir.

DİN-in məlumatına görə, Xorava küçəsində, dekabrın birində, həddi büluğa çatmayanlar arasında mübahisə baş verdi. Ağızlaşma zamanı, soyuq silahla 2001-ci il təvəllüdülü D.S-nı yaraladılar. O xəstəxanaya yerləşdirilibdir. 2001-cildə doğulmuş L.D isə, vurulan yaralar nəticəsində, xəstəxanaya çatdırılana qədər, yolda dünyasını dəyişdi. Baş verənlərlə əlaqədar istintaqı, Tbilisi Polis Departamenti Gürcüstan CM-nin 108-ci maddəsi (qəsdən qətl) ilə aparır.