Xorava işi üzrə şahidlərə təziq göstərmə ittihamı ilə yaxalan Merab Morçadzeyə ittiham irəli sürüldü
Tbilisidə, Xorava küçəsində baş verən qətl işi üzrə şahidlərə təziq göstərmə ittihamı ilə yaxalan Merab Morçadzeyə ittiham, rəsmi olaraq irəli sürüldü.
Morçadzeyə ittiham GCM-nin 372-ci maddəsinin ikinci hissəsi ilə irəli sürüldü.
Morçadzenin vəkilinin dediyinə görə, müttəhim törətdiyi ittihamı etiraf etmir.
Morçadzeyə qarşı qətimkan tədbirin seçilməsi barəsində məhkəmə sabah müzakirə aparacaq. Vəkil Zaal Tavadzenin dediyinə görə, prokurorluq güman edildiyinə görə həbs qətimkan tədbirin seçilməsini tələb edəcək.
Xorava küçəsində baş verən qətl işi üzrə yaxalanan Mirza Subelianiyə ittiham GCM-nin 376-cı maddəsi ilə irəli sürüldü.
Xorava küçəsində baş verən qətl işi üzrə müttəhimlərə 10 il 6 ay və 9 il 9 ay həbs cəzası verildi.
Məhkəmə hökmü mayın 31-da iclasda müəyyənləşdirdi.
Tbilisidə, Xorava küçəsində iki yeniyetmıni 2017-ci ilin dekabrın 1-də yaraladılar. Onlardan biri xəstəxanaya çatdırılana qədər həlak oldu. İkincisi isə, bir neçə əməliyyata baxmayaraq, dekabrın 2-də xəstəxanada həlak oldu.