XİN- Ukrayna Xarici İşlər Nazirliyində səfir Qiorqi Zakaraşviliyə Ukrayna vətəndaşlarının Gürcüstanda olması ilə bağlı heç bir təhlükə görmədiklərini təsdiqləyiblər
XİN- Ukrayna Xarici İşlər Nazirliyində səfir Qiorqi Zakaraşviliyə Ukrayna vətəndaşlarının Gürcüstanda olması ilə bağlı heç bir təhlükə görmədiklərini təsdiqləyiblər

 

Gürcüstanın Ukraynadakı səfiri Qiorqi Zakaraşvili Ukraynanın xarici işlər nazirinin müavini Yevqeni Perebiinis ilə görüşüb. Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

Qurumdan verilən məlumatda görüşdə tərəflərin Gürcüstan və Ukrayna arasında ikitərəfli münasibətlərin cari məsələlərini müzakirə etdikləri deyilir.

“Gürcü tərəfi Gürcüstanın Ukraynaya dəstəyini və həmrəyliyini bir daha təsdiqləyib. Ukrayna tərəfi Gürcüstana həm siyasi dəstəyə, həm də müharibə dövründə göstərilən mühüm humanitar yardıma görə minnətdarlığını ifadə edib. O cümlədən Ukrayna tərəfindən ukraynalı qaçqınların qəbuluna görə minnətdarlıq ifadə edilib və qeyd olunub ki, Ukrayna və Ukrayna Xarici İşlər Nazirliyi Ukrayna vətəndaşlarının Gürcüstanda qəbul edildiyinə və onlara göstərilən köməyə görə gürcü tərəfinə minnətdardır və Ukrayna vətəndaşlarının Gürcüstanda olması ilə bağlı heç bir təhlükə görmür ” -deyə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.