Xilasedicilər Şovidə təbii fəlakət zonasında iki cəsəd aşkar ediblər
Xilasedicilər Şovidə təbii fəlakət zonasında iki cəsəd aşkar ediblər

Xilasedicilər təbii fəlakət bölgəsində iki cəsəd aşkar ediblər. Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

“Xilasedicilər axtarış-xilasetmə işləri zamanı iki cəsəd aşkar ediblər” – Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Oni Munisipalitetində vətəndaşların təbii fəlakət zonasından təxliyyəsi davam edir. Daxili İşlər Nazirliyinin məlumatına görə, artıq 70-ə yaxın vətəndaş təbii fəlakət zonasından təxliyə edilib. Fövqəladə Hallar Xidməti təbii fəlakət zonasında axtarış-xilasetmə işlərinin gecə boyu davam edəcəyini açıqlayıb.