Xilasedicilər Şovidə təbii fəlakət zonasında daha 4 cəsəd aşkar ediblər
Xilasedicilər Şovidə təbii fəlakət zonasında aparılan axtarış-xilasetmə əməliyyatları zamanı daha 4 nəfərin cəsədi aşkar ediblər. Bu barədə məlumatı Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən təsdiqləyiblər.
Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 6 nəfər ölüb. Xilasedicilər dünən onlardan ikisini tapıblar.
Oni Munisipalitetində artıq ikinci gündür axtarış-xilasetmə əməliyyatı davam etdirilir, əməliyyata 400-ə yaxın yanğınsöndürən-xilasedici və Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin əməkdaşları cəlb olunublar. Bu gün saat 06:00-dan etibarən iki sərhəd polisi helikopteri xilasetmə əməliyyatına cəlb olunub.
Regional inkişaf və infrastruktur naziri İrakli Karseladzenin dediyi kimi, hazırda təbii fəlakət zonasında 35 nəfərlə əlaqə saxlamaq mümkün deyil.