Xilasedicilər Şovidə axtarış-xilasetmə işlərinin ərazisini genişləndiriblər
Xilasedicilər Şovidə axtarış-xilasetmə işlərinin ərazisini genişləndiriblər

Şovidə, təbii fəlakət bölgəsində xilasedicilər axtarış-xilasetmə əməliyyatlarının ərazisini genişləndiriblər.

Xilasedicilər təbii fəlakət zonasından on kilometrdə axtarış-xilasetmə tədbirləri həyata keçirirlər.

Gürcüstanın Birinci Kanalının müxbirinin bölgədən verdiyi məlumata görə, hazırda xilasedicilər çayın sahillərində axtarış işləri aparırlar.

Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan məlumata görə, 18 nəfər ölüb, 17 nəfər isə təbii fəlakət zonasında axtarılır.

Gürcüstanda 7 avqust matəm günü elan edilib.