Xilasedicilər Duşeti Munisipalitetinin Roşka kəndi yaxınlığında qarda qalmış 90-a yaxın vətəndaşı çıxarıblar
Fövqəladə Halların İdarəedilməsi Xidmətinin yanğınsöndürən-xilasediciləri Duşeti Munisipalitetinin Roşka kəndi yaxınlığında qarda qalmış 90-a yaxın vətəndaşı çıxarıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəedilməsi Xidməti məlumat yayır.
“Güclü yağıntı nəticəsində 90-a yaxın insanın olduğu 30-a yaxın avtonəqliyyat vasitəsi yoluna davam edə bilməyib.
Fövqəladə Halların İdarəedilməsi Xidmətinin əməkdaşları qısa müddətdə hadisə yerinə gələrək xilasetmə işlərinə başlayıblar. Yanğınsöndürən-xilasedicilər tərəfindən bütün müvafiq xüsusi texnikanın səfərbər olunması nəticəsində qarda qalmış bütün vətəndaşların zərər görmədən təhlükəsiz əraziyə çıxarılmasına nail olunub.
Artıq vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yoxdur” – deyə Fövqəladə Halların İdarəedilməsi Xidmətinin məlumatında qeyd olunub.