Xidmətlərin İnkişafı Agentliyi - 2022-ci ildə Rusiyanın 3265 vətəndaşının prezidentə təqdim edilmiş müraciətindən, əslən Gürcüstandan olan və qanunun tələblərinə cavab verən 728 nəfərə Gürcüstan vətəndaşlığı verilib
Xidmətlərin İnkişafı Agentliyi - 2022-ci ildə Rusiyanın 3265 vətəndaşının prezidentə təqdim edilmiş müraciətindən, əslən Gürcüstandan olan və qanunun tələblərinə cavab verən 728 nəfərə Gürcüstan vətəndaşlığı verilib

 
Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi Gürcüstan vətəndaşlığı almaq istəyənlərin müraciəti ilə bağlı açıqlama verir.

“Prezident tərəfindən istisna qaydada Gürcüstan vətəndaşlığının verilməsi üçün şəxs əslən Gürcüstandan olmalı və qanunda nəzərdə tutulmuş digər tələbləri təmin etməlidir. Belə ki, vətəndaşlıq almaq üçün müraciət edən – Gürcüstanın işğal olunmuş ərazisində yaşayan və ya bu ərazidən məcburi köçkünə çevrilən, həmçinin siyasi düşüncələri və ya sosial-iqtisadi vəziyyətinə görə müxtəlif vaxtlarda mühacirət etmiş, hazırda başqa bir ölkənin vətəndaşı olan və vətəni ilə əlaqələrini bərpa etmək istəyən şəxs olmalıdır.

2022-ci ildə agentliyə müstəsna qaydada vətəndaşlıq verilməsi tələbi ilə 3265 Rusiya vətəndaşının müraciəti təqdim olunub. Gürcüstan prezidenti sadəcə 728 nəfərə Gürcüstan vətəndaşlığı verib, onlar əslən Gürcüstandandırlar və bununla yanaşı Gürcüstanın dövlət dilini, Gürcüstanın tarixini və hüququn əsaslarını bilmə səviyyəsi haqqında qanunla müəyyən edilmiş tələblərə cavab verirlər”-deyə Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatında deyilir.