Xidmətlər Agentliyi arayışların elektron qaydada verilməsinə başlayıb
Xidmətlər Agentliyi arayışların elektron qaydada verilməsinə başlayıb

 

Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyi arayışların elektron qaydada verilməsinə başlayıb.

Daxili İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda qeyd olunduğu üzrə, Xidmətlər Agentliyinin mobil tətbiqində ( service agency) və/və ya internet saytında (my.sa.gov.ge) qeydiyyatda olan şəxslər arayış almaq üçün müraciətin doldurulması və hazırlanmış sənədi, heç bir yerə getmədən elektron qaydada ala bilərlər. 

Arayış almaq üçün müraciəti Xidmətlər Agentliyinin struktur bölmələrində edənlər, hazırlanmış sənədi elektron qaydada alacaqlar. Vətəndaşlara ərizəni doldurarkən qeyd etdikləri telefon nömrəsinə arayışı yükləyə biləcəkləri linklə qısa mətn bildirişi göndəriləcək.

Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyində 10-dan çox arayış verilir.

Maraqlanan şəxs qeyd olunan arayışın leqallaşdırılmasını və ya apostil təsdiqlənməsini və tərcüməsini tələb edə bilər. Agentlikdə arayışı ingilis, alman, rus, türk, italyan, fransız, ispan və yunan dillərinə tərcümə etmək mümkündür.