Xidmətini yerinə yetirərkən dünyasını dəyişən polis əməkdaşı Mirian Chelidze hərbi qaydada dəfn edilib
Xidmətini yerinə yetirərkən dünyasını dəyişən polis əməkdaşı Mirian Chelidze hərbi qaydada dəfn edilib

Oni Munisipalitetində xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişən 1975-ci il təvəllüdlü, Daxili İşlər Nazirliyinin İmereti Raça-Leçxumi və Kvemo Svaneti polis idarəsinin Ambrolauri rayon şöbəsinin istintaq idarəsinin müstəntiqi, polis mayoru Mirian Chelidze hərbi qaydada dəfn edilib.

Mirian Chelidze təbii fəlakət zonasında xilasetmə tədbirləri çərçivəsində ictimai asayişi qoruyarkən halı pisləşib və xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.