Xəzinə öhdəlikləri hərracında 20 000 000 lari nominal dəyəri və 182 günlük müddəti olan qiymətli kağızlar satılıb
Milli Bank Gürcüstan Maliyyə Nazirliyinin xəzinə öhdəlikləri hərracının nəticələrini dərc edir.
Avqustun 2-də Maliyyə Nazirliyinin xəzinə öhdəlikləri hərracında 20 000 000 lari nominal dəyəri və 182 günlük müddəti olan qiymətli kağızlar satılıb.
Hərracda 5 kommersiya bankı iştirak edib. Tələb 44 000 000 lari təşkil edib. Minimal faiz dərəcəsi 10,390 faiz, maksimal faiz dərəcəsi 10,390 faiz, orta ölçülmüş faiz dərəcəsi isə 10,390 faiz müəyyən edilib.