Xelvaçauridə torpaq sürüşməsi altında qalan vətəndaşların axtarışına yardım etmək üçün Tbilisidən 50-nəfərlik qrup getdi
Xelvaçauridə torpaq sürüşməsi altında qalan vətəndaşların axtarışına yardım etmək üçün Tbilisidən 50-nəfərlik qrup getdi

Daxili İşlər Nazirliyinin Fövqəladə Xallar Xidmətinin xilas edənləri Xelvaçauridə dağdan torpaq sürüşməsi altında qalan vətəndaşları bütün gecə ərzində axtarırdılar.

Çətin relyef və pis hava şəraitlərinə görə, Fövqəladə Hallar Xidməti idarəsinin Acarıstan bölməsinin 60 xilaskarı durmayan rejimdə işləyirdilər.

Gecə saatlarında Acarıstana əlavə qruplar Sameqrelodan, İmeretidən və Tbilisdən də getdilər.

Hazırda hadisə yerində 120 xilaskar işləyir və Tbilisidən 50 nəfərlik qrup gedir.

Acarıstanda güclü yağış nəticəsində, İctimai Təhlükəsizlik İdarəsi mərkəzinə 112-yə 440 zəng daxil olub.

Zənglərin əksəriyyəti sular altında qalan evlərlə və küçələrlə bağlı idi.

Xilas edənlər çaya düşən bir avtomobili çıxartdılar, ancaq içində vətəndaşlar yox idilər.