Xelvaçauridə xilas edənlər torpaq sürüşməsinin altından iki nəfərin cəsədini tapdılar
Xelvaçauridə xilas edənlər torpaq sürüşməsinin altından iki nəfərin cəsədini tapdılar

Acarıstanda, Xelvaçauridə xilas edənlər torpaq sürüşməsinin altından iki nəfərin cəsədini tapdılar.

Kveda-Coço kəndində dünən torpaq sürüşməni altında avtomobil qaldı, hansının imində iki nəfər var idi.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, xilas edənlər təbii fəlakət nəticəsində, 40 min ton torpağın altında qalan, digər vətəndaşları axtarmağa davam edirlər.

Hadisə yerində 120 xilas edən işləyir.

Təbii fəlakət Acarıstanda dünən gecə saatlarında baş verib.

Acarıstanda güclü yağış nəticəsində, İctimai Təhlükəsizlik İdarəsi mərkəzinə 112-yə 440 zəng daxil olub.

Zənglərin əksəriyyəti sular altında qalan evlərlə və küçələrlə bağlı idi.

Xilas edənlər çaya düşən bir avtomobili çıxartdılar, ancaq içində vətəndaşlar yox idi.