Xelvaçauridə 300-ə qədər ailə məişət şəraitlərinin tənzimlənməsini tələb edir
Xelvaçauridə 300-ə qədər ailə məişət şəraitlərinin tənzimlənməsini tələb edir

Xelvaçauridə etiraz aksiyası keçirilir.

Sabiq hərbi bazanın ərazisinə öz başına daxil olan 300-ə qədər ailə onların məişət şəraitlərinin düzəldilməsini tələb edir.

Etiraz aksiyasında yığılanlar bəyan edirlər ki, beş ildir normal elektrik enerjiləri və içməli suları yoxdur.

“Bu mərhələdə tələbimiz odur ki, “Enerqopro” əhaliyi elektrik enerji ilə, təhlükəsizlik normalarını qoruyaraq, təmin etsin. “Enerqopro” illərdir əhaliyə elekrik enerji verməkdən imtina edir və motiv olaraq, da onu adlandırır ki, qeyd olunan əraziyi onlar dövlətdən alıblar və oranın azad edilməsini tələb edirlər. Ancaq bir sualımız var: Enerqopro burayı alarkən bilirdi ki, burada əhali yaşayır?” – deyir hüquq müdafiyəçisi Tamaz Bakuradze, hansı ki, etiraz edənlərə dəstək verir.

İlk etiraz aksiyası xəbər vermək üçündür. Aksiyaya yığılanlar bəyan edirlər ki, onların problemləri həll olunana qədər etiraz aksiyalarına davam edəcəklər.