Xavier Kolomina müxalifət nümayəndələri ilə görüşür
Xavier Kolomina müxalifət nümayəndələri ilə görüşür

NATO-nun Əlaqələndirici Ofisində NATO baş katibinin xüsusi nümayəndəsi Xavier Kolomina müxalifət nümayəndələri ilə görüşür. İclasda “Milli Hərəkat”partiyasının üzvü Qiorgi Baramidze, “Quruculuq Strategiyası” partiyasının lideri Qiorgi Vaşadze, “Gürcüstan Naminə” partiyasının üzvü Beka Liluaşvili və “Lelo” partiyasından Ana Natsvlişvili iştirak edəcək.

Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri NATO-nun Əlaqələndirici Ofisinə artıq toplaşırlar. Müxalifətdən sonra Xavier Kolomina ilə onlar görüşəcək.

Artıq Britaniya, Litva, İsveç, ABŞ və Türkiyənin səfirləri ofisə gəliblər.