Xavier Kolomina - Vilnüs sammitində güclü kommunike qəbul olunacağını gözləyirik və Gürcüstan da Avro-Atlantik istəklərini vurğulamaqla kommunikənin bir hissəsi olacaq
Xavier Kolomina - Vilnüs sammitində güclü kommunike qəbul olunacağını gözləyirik və Gürcüstan da Avro-Atlantik istəklərini vurğulamaqla kommunikənin bir hissəsi olacaq

Biz gözləyirik ki, NATO-nun Vilnüs sammitinin sonunda güclü kommünike qəbul olunacaq, bu, ilk siyasi bəyannamə olacaq və mən Gürcüstanın da öz Avro-Atlantik istəklərini vurğulayaraq bu siyasi kommünikenin bir hissəsi olacağını gözləyirəm – bu barədə Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə NATO Baş katibinin xüsusi nümayəndəsi Xavier Kolomina bildirib.

Onun sözlərinə görə, Vilnüs sammitində Madriddə qəbul edilən qərarların icrası da qiymətləndiriləcək.

“Biz hələ Vilnüs sammitinin necə keçiriləcəyi ilə bağlı qərar vermək prosesindəyik. Güman edirik ki, Gürcüstan xarici işlər naziri səviyyəsində sammitdə iştirak edəcək. Baş nazir Madriddə bir çox tərəfdaşların ən yüksək səviyyədə və xarici işlər naziri rütbəsində təmsil olunduğu toplantıda iştirak edib. Günün sonunda sammitdə kimin iştirak etməsinin əhəmiyyəti yoxdur. Biz Gürcüstanla çox sıx bağlıyıq və ölkəni kimin təmsil etməsindən asılı olmayaraq, Madriddə bir çox qərarlar qəbul etdiyimizi nəzərə alaraq, Gürcüstanın möhkəm şəkildə təmsil olunmasına can atırıq, onların icrasını qiymətləndirmək lazımdır. Biz gözləyirik ki, sammitin sonunda güclü kommunike qəbul olunacaq, bu, ilk siyasi bəyannamə olacaq və mən də gözləyirəm ki, Gürcüstan öz Avro-Atlantik istəklərini vurğulayaraq bu siyasi kommünikenin bir hissəsi olacaq” – deyə Gürcüstanda səfərdə olan Xavier Kolomina bildirib.