Xatuna Samnidze - müxalifətdən olan beş deputat hər bir müxalifətçidən hamının salonda olacağı ilə bağlı razılıq aldıq, ümid edirəm ki, sözü yerinə yetirəcəklər və istintaq komissiyası yaradılacaq
Müxalifətdən olan beş deputat müxalif deputatların hər biri ilə şəxsən əlaqə saxladıq və onların razılığını aldıq. Bu gün 50 səs olmalı və razılaşmaya uyğun olaraq istintaq komissiyası yaradılmalıdır – bu barədə müxalifətçi deputat Xatuna Samnidze Gürcüstanın Birinci Kanalına açıqlayıb.
O, deputatların verdikləri sözü yerinə yetirəcəyinə ümid etdiyini bildirib.
“Müxalifətdən olan beş deputat müxalif deputatların hər biri ilə şəxsən əlaqə saxladıq və onların razılığını aldıq. Bu gün 50 səs olmalı və razılaşmaya uyğun olaraq istintaq komissiyası yaradılmalıdır. Ümid edirəm ki, söz verən hamı bu sözü yerinə yetirəcək və komissiya yaradılacaq. Bu gün heç bir sürpriz gözləmirəm. Hər şey ola bilər, lakin biz hamının salonda ola biləcəyi ilə bağlı razılaşdıq. Əgər kimsə razılaşmanı pozubsa, nə və necə baş verdiyi barədə ictimaiyyət qarşısında cavab verməli olacaq. “Milli Hərəkat”dan da razılıq var”- deyə Xatuna Samnidze açıqlayıb.
Məlumat üçün bildirək ki, müxalifət aprelin 11-də parlamentin növbədənkənar iclasının çağırılması tələbilə aprelin 10-da, günün birinci yarısında prezidentə müraciət edib. Daha sonra isə müxalifət nümayəndələri Prezident Salome Zurabişviliyə müraciət edərək Ana Tsitlidze və Levan Xabeişvilinin ölkəni tərk etmələri səbəbilə onların xahiş etdiyi növbədənkənar iclası aprelin 11-nə təyin etməməsini istəyiblər.