Xatuna Samnidze - qərbdən maliyyə alan sən demə xarici təsir agentidir, bu, prinsip səviyyəsində qəbuledilməzdir və şəffaflıqla heç bir əlaqəsi yoxdur
Xatuna Samnidze - qərbdən maliyyə alan sən demə xarici təsir agentidir, bu, prinsip səviyyəsində qəbuledilməzdir və şəffaflıqla heç bir əlaqəsi yoxdur

 
Bu ölkədə şəffaflıq həm donorlar, həm də qəbul edənlər tərəfindən çoxdan təmin olunub. “Gürcü Arzusu”nun etdiyi qanun layihəsinin prinsip səviyyəsində problemi var- bu barədə müxalif deputat Xatuna Samnidze xarici təsirin şəffaflığı ilə bağlı “Xalqın Gücü” hərəkatının qanun layihəsini şərh edərkən açıqlayıb.

Xatuna Samnidzenin Gürcüstanın Birinci Kanalı ilə söhbətində qeyd etdiyi kimi, qərbdən maliyyə alanların xarici təsir agenti olması fikri qəbuledilməzdir.

“Qərbdən maliyyə alan sən demə xarici təsir agentidir. Bu, prinsip səviyyəsində qəbuledilməzdir və şəffaflıqla heç bir əlaqəsi olmayan Putinin seçimidir” – deyə Xatuna Samnidze açıqlayıb.