Xatuna Samnidze - bu gün növbədənkənar seçkilərdən danışmaq və bunu tələb etmək siyasi səhvdir, namizəd statusu ala bilməyəcəyimizi danışmaq zərərlidir
Xatuna Samnidze - bu gün növbədənkənar seçkilərdən danışmaq və bunu tələb etmək siyasi səhvdir, namizəd statusu ala bilməyəcəyimizi danışmaq zərərlidir

Müxalifətdən olan həmkarlarım ilə razılaşmıram, onlar hesab edirlər ki, indi növbədənkənar seçkilərdən danışmağın vaxtıdır- bu barədə müxalifətçi deputat Xatuna Samnidze bildirib.

Onun sözlərinə görə, indi diqqət Avropa İttifaqının təqdim etdiyi tövsiyələrin icrasına yönəldilməlidir.

“Hesab edirəm ki, indi bütün diqqətimiz və enerjimiz 12 tövsiyəni yerinə yetirməkdə, “Gürcü Arzusu”nu bu tövsiyələri yerinə yetirməyə məcbur etməkdə və namizəd statusu almaqda olmalıdır. Namizədlik statusunu ala bilməyəcəyimizdən danışmaq fəaliyyətimiz üçün zərərlidir və yanlışdır. İstər status üçün, istərsə də ümumiyyətlə, müxalifətin bu gün növbədənkənar seçkilərdən danışması, bunu tələb etmək siyasi səhvdir”, – Xatuna Samnidze bildirib.