Xatuna Samnidze - Avropa perspektivləri ilə bağlı parlament nümayəndə heyətinin səfərləri həm olduqca zəruri, həm də səmərəli idi, bu tip səfərlər davam etdirilməlidir
Xatuna Samnidze - Avropa perspektivləri ilə bağlı parlament nümayəndə heyətinin səfərləri həm olduqca zəruri, həm də səmərəli idi, bu tip səfərlər davam etdirilməlidir

 
Müxalifətçi deputat Xatuna Samnidze bu gün Avropa Ədalət Məhkəməsinin prezidenti ilə çox maraqlı görüş keçirildiyini və görüş zamanı əməkdaşlığın növbəti addımlarının müzakirə edildiyini bildirib.

Bundan başqa, Xatuna Samnidze Avropa perspektivləri ilə bağlı parlament nümayəndə heyətinin Aİ ölkələrinə səfərinin həm olduqca zəruri, həm də səmərəli olduğunu, bu tip səfərlərin davam etdirilməli olduğunu qeyd edib.

“Avropa birlikdə müxtəliflik, müxtəliflikdə birlikdir və Gürcüstanı məhz bu strukturlarda gözləyirlər. İndi tərəfdaşlarımızın bizə verdiyi tapşırıqları necə yerinə yetirəcəyimizlə bağlı növbə bizdə, iqtidar və müxalifətdədir” – deyə Xatuna Samnidze açıqlayıb.