Xatia Dekanoidze - “Milli Hərəkat” köhnə simalardan kimin qayıdıb, kimin qayıtmayacağına qərar verəcək, bu, partiyanın birliyini xilas etmək cəhdidir
İlk növbədə köhnə simalardan kimin qayıdıb, kimin qayıtmayacağına “Milli Hərəkat” qərar verməlidir, sonra isə buna “Milli Hərəkat”ın seçiciləri qiymət verəcək- deyə müxalifətçi deputat Xatia Dekanoidze bildirib.
Onun sözlərinə görə, bu, partiyanın birliyini xilas etmək cəhdidir.
“Həmçinin seçkilərdən sonra partiyada təkcə rəhbərlik səviyyəsində deyil, həm də aşağı səviyyədə mövcud olan parçalanmanın qarşısını almaq labüddür. Bunun partiyaya nə qədər xeyir verəcəyini deyə bilmərəm. Köhnə simalardan kimin qayıdacağı, kimin qayıtmayacağı ilk növbədə “Milli Hərəkat”ın öz işidir. Sonra isə bunu “Milli Hərəkat”ın seçiciləri qiymətləndirməlidir” – Xatia Dekanoidze bildirib.