Xatia Dekanoidze - ehtimal ki, Gürcü Arzusu Qiorqi Kalandarişvilini MSK sədri vəzifəsinə  təyin etmək istəyir, bu da seçki prosesinə yönəlik etimadı azaldacaq
Xatia Dekanoidze - ehtimal ki, Gürcü Arzusu Qiorqi Kalandarişvilini MSK sədri vəzifəsinə təyin etmək istəyir, bu da seçki prosesinə yönəlik etimadı azaldacaq

 

Millət Hərəkatın üzvü Xatia Dekanoidze, müsabiqə komissiyası tərəfindən MSK sədrliyi və üzvlüyü üçün seçilən namizədlərin etimada layiq olmadığını bildirir.

Onun sözlərinə görə, bir neçə namizəd tamamilə qərəzsiz idi, lakin müsabiqə komissiyası bunu nəzərə almadı.

“Bu insanlar etimada layiq deyillər, çünki MSK-da onsuz da mövcud olan klana yaxın şəxslərdirlər. Komissiya üzvlüyü və sədrliyə namizədlər də daxil olmaqla, tamamilə siyasi tərəfsiz olan bir neçə nəfər var idi. Bunu, müsabiqə komissiyası nəzərə almadı. Düşüncələrimiz qeyri-hökumət təşkilatlarının fikri ilə tamamilə uyğundur. Gürcü Arzusu, ehtimal ki, Qiorqi Kalandarişvilini təyin etmək istəyir, bu da onsuzda etimada layiq görülməyən seçki prosesinə olan inamı azaldacaq. Müqavilənin təməli bu prosesə inamı artırmaq idi, lakin məlum oldu ki, Gürcü Arzusu eyni yolu tutub” -deyə Xatia Dekanoidze bildirib.

MSK sədrliyi və üzvlüyünə namizədlərlə müsahibə prosesi başa çatıb. Müsabiqə komissiyası MSK sədrliyinə iki namizəd və üzvlüyə isə beş namizəd seçib.

Komissiyanın qərarına əsasən, Qiorqi Kalandarişvili və Qiorqi Santuria  MSK sədrliyinə namizəd olaraq, Qia Tsatsaşvili, Ana Mikeladze, Lela Taliuri, Maia Zaridze və Tamara Sartania isə üzvlüyə namizəd olaraq seçiliblər.

Təklif olunan namizədlər barədə qərar Gürcüstan prezidenti tərəfindən verilməlidir. Prezident Komissiyanın qərarı ilə razılaşarsa, hər vakant vəzifəyə iki namizədi parlamentə təqdim edəcək. Qanunverici orqan MSK sədri və ya üzvünü beş il müddətə təsdiqlənmək üçün səslərin 2/3-nə və ya minimum 100 səsə ehtiyyacı var.