Xatia Dekanoidze - beş böyük şəhərin beşində də müxalifətin nəticələri çox vacibdir, indi ən vacib olan hər bir səsi qorumaqdır
Beş böyük şəhərin beşində də müxalifətin nəticələri çox vacibdir, indi ən vacib olan hər bir səsi qorumaqdır – bu barədə “Milli Hərəkat”-ın Kutaisi merliyinə namizəd Xatia Dekanoidze “Mtavari Arxi”-nin sifarişi ilə keçirilən “exit-pol”-un nəticələrinin açıqlanmasından sonra bildirib.
Dekanoidzenin sözlərinə görə, onların müşahidəçiləri seçki məntəqələrində səfərbər olunublar.
“Şahid olduğumuz kimi, beş böyük şəhərin beşində də müxalifətin nəticələri çox vacibdir, Gürcüstan vətəndaşlarının səsinin əks olunması, o cümlədən Kutaisidə də. İndi ən vacib olan hər bir səsi qorumaqdır. Məntəqələrimizdə müşahidəçilər səfərbər olunublar. İndi mən rəqibimi hər şeyə getməməyə ( etməməyə) çağırmaq istəyirəm, çünki bu Avropa sayağı və çox vacib şəhərə “Gürcü Arzusu”-nun nəinki Kutaisidə, həm də Gürcüstanda bütün gün boyunca etdikləri yaraşmır.
İndi sabahkı günü düşünmək çox vacibdir. Beləliklə, məntəqələri və hər bir səsi qorumaq lazımdır, bunu biz mübarizə yoldaşlarımızla birlikdə edəcəyik”-deyə Xatia Dekanoidze bildirib.