Xatia Dekanoidze - Aİ-nin səfiri Avropa İttifaqı adından danışır, "Xalqın Gücü"nün hər iki qanun layihəsinin Gürcüstanın Avropaya inteqrasiyasını məhv edəcəyi onların qəti mövqeyidir
Xatia Dekanoidze - Aİ-nin səfiri Avropa İttifaqı adından danışır, "Xalqın Gücü"nün hər iki qanun layihəsinin Gürcüstanın Avropaya inteqrasiyasını məhv edəcəyi onların qəti mövqeyidir

 

“Milli Hərəkat”ın üzvü Xatia Dekanoidze “Xalqın Gücü”nün təşəbbüsü ilə irəli sürülən qanun layihələrinin Gürcüstanın Avropaya inteqrasiyasını dayandırdığı üçün parlamentdən geri götürülməsi gərəkdiyini düşünür.

“Borrellin sözçüsünün Avropa İttifaqının adından danışdığı kimi Avropa İttifaqının səfiri də Avropa İttifaqının adından danışır. Bu iki qanun layihəsinin, hətta bu iki qanun layihəsinin müzakirəsinin belə Gürcüstanın Avropaya inteqrasiyasını məhv edəcəyi onların qəti mövqeyidir. Bir növ nəzəri konsensusdan danışanda başa düşməliyik ki, bu qanun layihələri ümumiyyətlə parlamentdən geri götürülməlidir.

Bu, Gürcüstanın Avropaya inteqrasiyasını dayandırır. Əgər biz 12 bəndə qayıtmaq və ya Avropa İttifaqı ilə bağlı hansısa müsbət gündəm yaratmaq istəyiriksə, bu qanun layihələri dərhal parlamentdən çıxarılmalı ,hətta bu qanun layihələri müzakirə belə edilməməlidir” -deyə Xatia Dekanoidze Avropa İttifaqına üzv ölkələrin səfirləri ilə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin görüşündən sonra jurnalistlərlə danışarkən açıqlayıb.

Dekanoidze hesab edir ki, qanun layihələrinin müzakirə olunduğu komitənin iclasında “Milli Hərəkat” fraksiyası iştirak etməlidir.

“Mən həqiqətən ümid edirəm ki, bütün deputatlar bu komitənin müzakirəsində iştirak edəcəklər. Bu qanun layihəsi sabah komitədə müzakirə edilməməlidir”-deyə Xatia Dekanoidze açıqlayıb.