Xaşuri Referal Xəstəxanasında 40 yaşlı qadın və yeni doğulan uşağı öldülər.
Qadın xəstəxanaya dünən saat 10-da aparılmışdı.
Ölən qadının yaxınları həkimi suçlayırlar. Onlar bəyan edirlər ki, başdan bəri keysar əməliyyatını tələb edirdilər.
Xaşuri Referal Klinikasından Gürcüstanın Birinci Kanalına verilən məlumata görə, klinikanın qərarı ilə, doğum əməliyyatını edən həkimin fəaliyyət haqqı dayandırılıb.
Klinikanın rəhbəri Kaxa Xeladze həkim tərəfindən buraxılan səhvdən bəhs edir.
“Faciəli fakt baş verdi. Daxili yoxlanışdan başqa, məsələyə Səhiyyə Nazirliyinin requlyasiya xidməti də qoşulub. Müəyyən mərhələdə səhvə yol verildiyi ehtimal olunur. Hazırda klinika əməliyyat edən həkimin fəaliyyət haqqını dayandırıb. Ölüm faktının dəqiq səbəbini istintaq müəyyən edəcək” – dedi Kaxa Xeladze.
Ölən qadının dörd uşağı qaldı.