Xarici valyutanın rəsmi kursu 23 aprel üçün dollar - 2,6729 lari, avro - 2,8469 lari, funt sterlinq - 3,2968 laridir
Gürcüstan Milli Bankının açıqladığı məlumatlara əsasən, aprelin 23-nə bir Amerika dolları 2,6729 lari, bir avro 2,8469 lari, bir Britaniya funt sterlinqi isə 3,2968 lari dəyərində olacaq.
Bu gün rəsmi məzənnəyə əsasən, bir Amerika dolları 2,6711 lari, bir avro 2,8453 lari, 1 funt sterlinq isə 3,3223 lari olub.
Bugünkü ticarət nəticəsində yaranan məzənnə sabahdan, aprelin 23-dən qüvvəyə minəcək.