Xarici ölkədə Gürcüstan vətəndaşlarının qeyri-qanuni şəkildə qalması üçün şəraitlər yaratmaq qanunla cəzalandırılacaq
Gürcüstan parlamenti qeyri-qanuni miqrasiya ilə bağlı “Cinayət məcəlləsinə” daxil ediləcək dəyişiklikləri üçüncü oxunuşla təsdiqlədi.
Dəyişiklikləri bugün 78 deputat dəstəklədi.
Qanunlayihəyə əsasən, şəsxlər tərəfindən maddi gəlir əldə etmək məqsədi ilə, digər şəxslərin xarici ölkədə qeyri-qanuni şəkildə qalması üçün şəraitlər yaratmaq, cərimə və yaxud ikidən dörd ilə qədər həbs ilə cəzalandırılacaq.
Əgər bu qanun pozuntusu təşkilat qrupu tərəfindən edilsə, dörddən yeddi ilə qədər həbslə cəzalandırılacaq.
Ancaq, qanunlayihəyə əsasən, öz yaxın qohumlarının xarici ölkədə qalması üçün müəyyən idarələrə yanlış məlumat verən və şərait yaradan şəxslərə həbs cəzası verilməyəcək.