Xarici İşlər Nazirliyinin məlumatına görə, İlia Darçiaşvili Portuqaliyanın Avropa məsələləri üzrə dövlət katibi ilə Avropa Komissiyasının tövsiyələrinin icrasının gedişi barədə danışıb
Lissabona işgüzar səfəri çərçivəsində İlia Darçiaşvili Portuqaliyanın Avropa məsələləri üzrə dövlət katibi Tiaqo Antunes ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin cari məsələləri və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Əsas diqqət Gürcüstanın Avropa İttifaqına inteqrasiyası məsələsinə yönəldilib. Xarici işlər naziri Gürcüstanın Avropa Komissiyasının 12 tövsiyəsinin yerinə yetirilməsi istiqamətində əldə etdiyi irəliləyişlərdən geniş danışıb. Nazir ölkənin Avropa və Avro-Atlantik inteqrasiyaya sadiqliyini bir daha təsdiqləyib və Gürcüstana namizəd statusunun verilməsinin vacibliyini vurğulayıb.
Söhbət zamanı regionda cərəyan edən hadisələrə və Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində Avropanın üzləşdiyi çətin problemlərə toxunulub.
Bundan əlavə, nazir Gürcüstanın işğal olunmuş rayonlarındakı vəziyyətdən danışıb və qərb tərəfdaşlarının dəstəyinin vacibliyini vurğulayıb.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.