Xarici İşlər Nazirliyi - Ukraynada döyüşən iki vətəndaşın Rusiya Silahlı Qüvvələri tərəfindən əsir götürülməsi barədə bizə məlumat verilib, onların hüquqlarını qorumaq üçün bütün beynəlxalq mexanizmlərdən istifadə edəcəyik
Gürcüstan Xarici İşlər Nazirliyi açıq mənbələrə istinadən Ukraynada döyüşən iki Gürcüstan vətəndaşı Q.Q və Q.Ş.-nin hərbi əməliyyatlar zamanı Rusiya Federasiyasının Silahlı Qüvvələri tərəfindən əsir götürülməsi barədə məlumatlıdır. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən açıqlanıb.
Nazirliyin məlumatına əsasən, Gürcüstan tərəfi Gürcüstan vətəndaşlarının Konstitusiya ilə təmin edilmiş hüquqlarının müdafiəsi üçün bütün mövcud beynəlxalq mexanizmlərdən, o cümlədən Beynəlxalq Qırmızı Xaç Təşkilatı və Gürcüstan və Rusiya Federasiyası arasında vasitəçi kimi İsveçrə Konfederasiyasından istifadə edəcək.