Xarici İşlər Nazirliyi Nigeriyanın Futbol Gənclər komandasının işğal altında olan Abxaziyaya planlaşdırılan səfərini dəqiqləşdirib, müvafiq reaksiya verəcək
İşğal altında olan Abxaziyaya Nigeriyanın gənclər futbol komandası tərəfindən planlaşdırılan səfər haqqında yayılan məlumata Gürcüstanın Xarici İşlər Nazirliyi səsələnir.
Nazirlikdə bəyan edirlər ki, müvafiq reaksiyanın verilməsi üçün gərəkən diplomatiya kanalları qoşulub.
Qeyd olunan məlumata Gürcüstanın Futbol Federasiyası da qoşulub. Federasiyanın məlumatına görə, Nigeriya futbol komandasının Gürcüstanın işğal altında olan ərazilərinə planlaşdırılan səfəri barədə Dünya Futbol İdarə Orqanı – FİFA-ya da xəbər verildi və ondan müvafiq açıqlama tələb edildi.
Müxtəlif medya vasitələrində məlumat yayılır ki, Nigeriyanın Gənclər Futbol komandası Gürcüstanın işğal altında olan ərazilərinə səfər etməyi planlaşdırır.