Xarici İşlər Nazirliyi - Çin vətəndaşları və ölkədə daimi yaşayan şəxslər Gürcüstana vizasız daxil ola və 30 gün ərzində ölkə ərazisində qala biləcəklər
Xarici İşlər Nazirliyi - Çin vətəndaşları və ölkədə daimi yaşayan şəxslər Gürcüstana vizasız daxil ola və 30 gün ərzində ölkə ərazisində qala biləcəklər

Gürcüstan Xarici İşlər Nazirliyi Çin Respublikası vətəndaşları üçün güzəştli viza rejiminin tətbiqi barədə məlumat dərc edir.

Xarici İşlər Nazirliyinin məlumatında 2023-cü ilin sentyabrın 11-dən Çin Xalq Respublikasının vətəndaşları və Çində daimi yaşayan şəxslər üçün güzəştli viza rejiminin tətbiq olunduğu bildirilir.

“Yeni reqlamentə əsasən, Çin vətəndaşları və ölkədə daimi yaşayan şəxslər Gürcüstana vizasız daxil ola və 30 gün ərzində ölkə ərazisində qala biləcəklər” – Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Sözügedən dəyişiklik artıq hökumətin 225-ci qərarında yer alıb. Qayda 11 sentyabr 2023-cü ildə qüvvəyə minib.