Xarici İşlər Nazirliyi - İsrail dövlətinə qarşı törədilmiş dəhşətli terror aktını qətiyyətlə qınayır, İsrail hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildiririk
Biz İsrail dövlətinə qarşı törədilən dəhşətli terror aktını qətiyyətlə qınayır, İsrail hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildiririk, – Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İsrail dövlətinə qarşı törədilən və insan tələfatı ilə nəticələnən dəhşətli terror hücumunu qətiyyətlə qınayır, İsrail hökuməti və xalqı ilə həmrəy olduğumuzu bildiririk. Düşüncələrimiz bu dəhşətli hücumun qurbanlarının ailələri və yaxınları ilədir. Bütün yaralılara şəfa diləyirik”, – qurumun sosial şəbəkədə yayılan məlumatında deyilir.
Bu gün səhər saatlarında Qəzza sektorundan İsrail istiqamətində raketlər atılıb. Raket hücumu nəticəsində azı 22 nəfər ölüb, 100-dən çox İsrail vətəndaşı yaralanıb. Hücuma görə məsuliyyəti “Həmas” üzərinə götürüb. Qəzza sektorundan İsrail istiqamətində həyata keçirilən raket hücumu səbəbindən İsrail Müdafiə Qüvvələri müharibə vəziyyəti elan edib.
Müəllif -
Mehemmed Bayramaliyev