Xarici İşlər Nazirliyi - işğalçı dövlət və onun tərəfindən yaradılmış marionet rejimlər arasında əldə olunan istənilən razılaşma etibarsızdır və hüququ gücə malik deyil
Xarici İşlər Nazirliyi - işğalçı dövlət və onun tərəfindən yaradılmış marionet rejimlər arasında əldə olunan istənilən razılaşma etibarsızdır və hüququ gücə malik deyil

 

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının prezidenti tərəfindən Dumaya Sxinvalidə Rusiya işğalçı rejimi ilə ikili vətəndaşlığa dair imzalanmış qondarma razılaşmanın ratifikasiya üçün təqdim edilməsi məsələsinə münasibət bildirir.

Qurumdan da qeyd olunduğu üzrə, beynəlxalq hüquqi nöqteyi-nəzərdən işğalçı dövlət və onun tərəfindən yaradılmış marionet rejimlər arasında əldə olunan istənilən razılaşma etibarsızdır və hüququ gücə malik deyil.

” Rusiya Federasiyası beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozaraq, Gürcüstanın işğal olunmuş bölgələrində yaşayan əhalinin məcburi pasportlaşması prosesini hələ 2000-ci illərin əvvəllərindən Gürcüstana qarşı qeyri-qanuni addım və hibrid aləti kimi istifadə edir. Beynəlxalq ictimaiyyət Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və Rusiya tərəfindən işğal olunmuş ərazilərin qeyri-qanuni pasportlaşdırılmasını və ümumilikdə ilhaq üçün atılan addımları qınamaqda vahidlik sərgiləyir” -deyə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat katibi Mari Narçemaşvilinin bəyanatında bildirilir.

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına dırnaq arası Cənubi Osetiya və Rusiya arasında ikili vətəndaşlıq haqqında razılaşmanın ratifikasiyasına dair qanunlayihə təqdim edib. Müqavilə 2021-ci ilin setyabrın 20-də imzalanıb və razılaşmada qeyd olunub ki, bir tərəfin vətəndaşları vətəndaşlıqdan çıxmadan ikinci tərəfin vətəndaşlığını əldə etmək hüququna malikdirlər.