Xarici İşlər Nazirliyi – Gürcüstan sərhədin delimitasiyası prosesinin başlanması ilə bağlı Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası komissiyasının əldə etdiyi razılaşmanı alqışlayır

20:43, 22.04.2024

Gürcüstan Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası komissiyasının sərhədlərin delimitasiyası prosesinin başlanması ilə bağlı əldə etdiyi razılaşmanı alqışlayır,- bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində dərc olunmuş bəyanatında deyilir.

“Gürcüstan bölgədə uzunmüddətli sülhün təmin edilməsi ilə maraqlanır və iki qonşu arasında sülhün və etimadın bərpası prosesinə töhfə verməyə qəti hazır olduğunu bir daha təsdiqləyir”, – bəyanatda deyilir.

Oxşar