Xarici İşlər Nazirliyi - Avropa Şurasının ministeriyalında üzv dövlətlər bir daha Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədilər
Avropa Şurasının ministeriyalında qəbul edilən bəyannamədə üzv dövlətlər bir daha Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədilər, – bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi məlumat yayır.
“16-17 may tarixlərində Strasburqda Gürcüstanın Xarici İşlər Nazirinin birinci müavini Laşa Darsalianın iştirak etdiyi Avropa Şurasının 133-cü ministeriyalı keçirildi.
Qeyd etmək lazımdır ki, bu ilki ministeriyal təntənəli və təşkilatın yaradılmasının 75 il yubileynə həsr olunub. Ministeriyalda həmçinin, Gürcüstanın Avropa Şurasındakı daimi nümayəndəsi, səfir Tamar Taliaşvili iştirak edib.
Lixtenşteyn sədrliyi burada təşkilatın gündəliyinin digər mühüm məsələləri ilə yanaşı, üzv dövlətlərin bir daha Gürcüstanın müstəqilliyini, suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəklədikləri yubiley bəyannaməsini təqdim etdi. Bəyannamə Rusiyanı qüvvələrini və hərbi avadanlığını Gürcüstanın bütün ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmağa çağırır.
Laşa Darsalia çıxışında Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərində yaratdığı ağır vəziyyətə diqqət çəkdi və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyə görə Avropa Şurasına üzv dövlətlərə təşəkkür etdi. O, Gürcüstanın təşkilatının fundamental dəyərlərinə – demokratiya, qanunun aliliyi və insan haqlarına sadiqliyini bir daha vurğuladı.
Ministeriyal Avropa Şurası Nazirlərinin Müavinləri Komitəsinin 7 may 2024-cü il tarixli “Avropa Şurası və Gürcüstanda münaqişə” qərarını təqdir etdiyini və Avropa Şurası baş katibinin Gürcüstandakı münaqişə ilə bağlı 29-cu birləşmiş hesabatı istinad kimi götürüldüyü qərarlar paketini qəbul etdi. Avropa İttifaqının genişlənməsi kontekstində Gürcüstanın namizəd statusu qeyd edilib və Avropa Şurasının Avropaya inteqrasiya prosesində əhəmiyyəti vurğulandı.
Ministeriyalda Avropa Şurasının qarşısında duran çağırışlara və onlara cavab verməyin effektiv yollarının tapılmasının vacibliyinə mühüm diqqət yetirildi. Avropa Şurasının 2023-cü ildə keçirilən Reykyavik Zirvə toplantısında qarşıya qoyulan məqsədlərə nail olmaq, xüsusən də Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq görülən işlər müsbət qiymətləndirildi. Ukraynanın zərərlərinin reyestrinin aktivləşdirilməsi və Ukraynanın hesabatlılığı öhdəliyi üçün xüsusi tribunalın yaradılması ilə bağlı Avropa Şurasında aparılan işin əhəmiyyəti qeyd edildi.
Avropa Şurasına sədrlik növbəti altı ay üçün Lixtenşteyndən Litvaya təntənəli şəkildə təhvil verildi.
Ministeriyalın çərçivəsində nazirin birinci müavini Avropa Şurasına üzv dövlətlərin və qurumların nümayəndələri ilə ikitərəfli görüşlər keçirdi”, – Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilib.