Xarici işlər nazirinin müavini və Türkiyə Respublikasındakı Gürcüstan səfiri diaspora ilə onlayn görüş keçirib
Gürcüstan xarici işlər nazirinin müavini Vladimer Konstantinidi və Gürcüstanın səfiri Qiorqi Cancğava Türkiyə Respublikasındakı diaspor ilə onlayn görüş keçirib. Görüşün məqsədi Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində yaranmış vəziyyət və Gürcüstan vətəndaşlarının, eləcə də diaspor nümayəndələrinin vəziyyəti ilə tanış olmağa, ehtiyaclarını müəyyən etməyə xidmət edib.
Nazirlik və səfirlik tərəfindən Türkiyə Respublikasında olan Gürcüstan vətəndaşlarına zəlzələdən sonra səfirliyin fəaliyyətinin xüsusiyyətləri və fəaliyyəti barədə məlumat verilib. Yaranmış vəziyyət nəzərə alınmaqla bir daha onlara Gürcüstan vətəndaşlarının yeri, onların vəziyyətini və ehtiyaclarını müəyyən etmək üçün səfirliklə yaxından kordinasiyaya dair çağırış edilib.
Öz növbəsində, Türkiyədə yaşayan gürcü diasporunun nümayəndələri göstərdikləri köməyə görə Xarici İşlər Nazirliyinə və Gürcüstanın Türkiyədəki səfirliyinə təşəkkürlərini bildiriblər və qeyd ediblər ki, Xarici İşlər Nazirliyi və səfirlik öz səlahiyyətləri çərçivəsində , Gürcüstan vətəndaşlarına kömək etmək üçün hər şeyi edirlər. Tarixi diasporun nümayəndələri bu çətin dəqiqələrdə həmrəylik və dostluğun ifadəsi olan Gürcüstan hökumətinin Türkiyə Respublikasına göstərdiyi yardımın xüsusi əhəmiyyətini qeyd ediblər.
Vladimer Konstantinidi və Qiorqi Cancğava ilə görüşdə Türkiyədə yaşayan həmvətənlərimiz , o cümlədən tarixi diasporun “Chveneburebi”nin nümayəndələri də iştirak ediblər.
Məlum olduğu kimi, Gürcüstanın Türkiyə Respublikasındakı Səfirliyi fövqəladə iş rejiminə keçib və öz səlahiyyətləri daxilində təbii fəlakət zonasında Gürcüstan vətəndaşlarına yardım göstərməkdə davam edir və bunun üçün Türkiyə Respublikası Fövqəladə Hallar Mərkəzi ilə daim əlaqədədir.
Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.