Xaricdə olan Gürcüstan vətəndaşları üçün seçki məntəqələrinin elektron reyestri yaradılacaq
Xaricdə olan Gürcüstan vətəndaşları üçün seçki məntəqələrinin elektron reyestri yaradılacaq

Gürcüstanın Xarici İşlər Nazirliyinin Konsulluq Departamenti tərəfindən xaricdəki seçki məntəqələrinin elektron reyestri yaradılacaq.

Bu haqda məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, elektron reyestr vasitəsi ilə, xaricdə olan Gürcüstan vətəndaşları, orada açılan seçki məntəqələrinin elektron versiyasını tapıb, 2020-ci ilin oktyabrın 31-də keçirləni parlament seçkilərində istədikləri siyasi partiyaya səs verə bilərlər.

Xaricdə seçki məntəqələrinin elektron reyestri Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin elektron ünvanındadır.

Həmçinin, xaricdə olan Gürcüstan vətəndaşları, 2020-ci ilin oktyabrın 31-də keçiriən parlament seçkilərində iştirak etmək üçün gərəkən prosedurlarla bağlı məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin vebsəhifəsindən ala bilərlər – „Seçkilər 2020“.