Xaricdə işləyən vətəndaşlara sosiyal yardım veriləcək
Xaricdə işləyən vətəndaşlara sosiyal yardım veriləcək

Gürcüstan iqtidarının qərarı ilə, pandemiya zamanı, işsiz qalan vətəndaşlara dövlət yardımının verilməsi üçün qeydiyyat müddəti uzadıldı.

Bu haqda məlumatı baş nazir verdi.

“Məlum olduğu kimi, dövlət yardımı üçün qeydiyyat müddəti başa çatdı, ancaq sənədlərini hazırlayıb təqdim edə bilməyən insanlar üçün bu müddət uzadılır. Əgər lazım olsa, müddət yenə uzadılacaq, əsas olan odur ki, ehtiyacı olan və yardım almayan vətəndaş qalmasın” – dedi Giorgi Qaxaria.

Baş nazirin məlumatına görə, yardım alan vətəndaş kateqoriyasının siyahısı genişlənir və dövlət yardımını xaricdə mövsum işlərində işləyən vətəndaşlar da alacaqlar.