Xallarını itirdiyinə görə, 12 nəfərin-in sürücülük vəsiqəsi əlindən alındı
Xallarını itirdiyinə görə, 12 nəfərin-in sürücülük vəsiqəsi əlindən alındı

Daxili İşlər Nazirliyi tərəfindən Birinci Kanala verilən məlumata əsasən, 2017-ci ilin iyul ayından qüvvəyə girən xal sistemi ilə, cari ilin noyabr ayına qədər, xallarını itirdiklərinə görə, 12 nəfərin sürücülük vəsiqələri əllərindən alındı.

Xatırladaq ki, mövcud olan 100 xallıq limiti sürücülər yol qaydalarına riayət edərək, ilin sonuna qədər qorumalıdırlar. Yol qaydalarının hər pozulduğunda sürücünün xalları azalır və ilin sonuna qədər sıfıra düşsə, sürücülük vəsiqəsi əlindən alınır və o yenidən imtahan verməli olur.

Xalların azalması isə, patrul polisi tərəfindən yazılan cərimələrin əsasında olur. 

Sürücülük vəsiqəsi əllərindən alınan şəxslər ya dərhal imtahan verməlidirlər, ya da gələn ilin yanvar ayından vəsiqələrinin bərpasını gözləməlidirlər.