"Xalqın Gücü" tərəfindən təşəbbüsü irəli sürülən qanun layihəsi ilə əlaqədar Gürcüstanın səfiri Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb
"Xalqın Gücü" tərəfindən təşəbbüsü irəli sürülən qanun layihəsi ilə əlaqədar Gürcüstanın səfiri Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb

 

Gürcüstan səfiri Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.

Nazirliyin veb-saytında yayılmış bəyanatda qeyd olunduğu kimi, nazirlik Gürcüstan parlamentinin birinci oxunuşda qəbul etdiyi “Xarici təsirin şəffaflığı” haqqında qanun layihəsinə öz narazılığını bildirmək istəyir.

“Gürcüstan parlamentində birinci oxunuşda qəbul edilən “Xarici agent” qanun layihəsi Gürcüstanda demokratiyanın perspektivi ilə bağlı ciddi suallar yaradır. Qanun Gürcüstanın sürətli Avro-Atlantik inteqrasiya ambisiyaları ilə açıq şəkildə ziddiyyət təşkil edir. Bu, Avropa dəyərlərinə ziddir və Aİ-yə namizəd ölkə statusu üçün tələb olunan 12 prioritetin yerinə yetirilməsinə əks təsir göstərir. Qanunun həyata keçirilməsi müstəqil media və vətəndaş cəmiyyətini susduracaq və Gürcüstanda Estoniyanın inkişaf əməkdaşlığı layihələrinin həyata keçirilməsini çətinləşdirəcək. Biz Gürcüstan parlamentini ölkənin real maraqlarını məsuliyyətlə düşünməyə və qanun layihəsini geri çəkməyə çağırırıq. Biz həmçinin Gürcüstan hökumətini insanların dinc etiraz hüququna hörmətlə yanaşmağa çağırırıq”-deyə bəyanatda deyilir.