Xalq müdafiyəçisi prokurorluqdan onun fəaliyyətinə qarışmaq maddəsi ilə, istintaqın başladılmasını tələb edir
Xalq müdafiyəçisi Nino Lomcaria xüsusi bəyanat yayır, hansında xalq müdafiyəçisinin fəaliyyətinə qarışmaq və təsir etmək cəhdinə görə, prokurorluqdan istintaqın başladılmasını tələb edir.
“Hərkəsə xatırlatmaq istəyirik ki, Gürcüstanın xalq müdafiyəçisi institutunun fəaliyyəti, konstitusiyonal orqan olaraq, tam müstəqillik və obyektivlik kimi əhəmiyyətli prinsiplərə əsaslanır. 25 ildir mövcud olan Gürcüstanın xalq müdafiyəçisi aparatı məhz bu prinsiplərlə rəhbərlik edir. Mandatın spesifikasından irəli gələrək, xalq müdafiyəçisinə verilən məlumat konfidensiyal olmalıdır.
Fundamental prinsiplərə müdaxilə etməkdən başqa, xüsusi penitensiar xidməti – Ədliyyə Nazirliyi tərəfindən xalq müdafiyəçisi haqqında orqan qanunu kobud şəkildə pozuldu, hansına əsasən, Gürcüstanın Xalq Müdafiyəçisinin məhbuslarla görüşləri konfidensiyal olmalıdır. Onun görüşlərini izləmək və qüdmək isə, qeyri-məqbuldur” – deyilir xalq müdafiyəçisinin bəyanatında.
“Gürcüstanın baş prokurorluğuna müraciət edirik ki, Gürcüstanın cinayət məcəlləsinin 352-ci maddəsi ilə, dərhal istintaq başlatsın və müəyyən şəxsləri, vəzifələrindən və statuslarından asılı olmayaraq, məsuliyyətə cəlb etsin” – deyir xalq müdafiyəçisi.