Xaişi-Uşquli hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub
Xaişi-Uşquli hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

 Zuqdidi-Jvari-Mestia-Lasdili respublika yolunun 70 km- 185-ci km(Xaişi-Uşquli) hissəsində qar və yolların buz bağlaması ilə əlaqədar qoşqulu, yarımqoşqulu və tutumu 30-dan çox olan avtobusların hərəkəti qadağan edilib. Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları İdarəsinin məlumatında deyilir.

Bundan başqa, qurumun məlumatına görə, sözügedən hissədə sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə digər növ avtonəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Onların məlumatına görə, yolsuzluq avtomobillərinin hərəkəti sərbəstdir.

Magistral yolun 1km- 70-ci km (Zuqdidi-Xaişi) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.