Key Starmer Emmanuel Makronla görüşüb
Böyük Britaniyanın baş naziri Key Starmer Fransa prezidenti Emmanuel Makronla görüşüb. Keir Starmer Fransa liderini ölkə iqamətgahında qəbul edib.
Böyük Britaniya hökumətinin rəsmi açıqlamasına görə, Makron və Starmer iki ölkə arasındakı əlaqələr, qeyri-qanuni miqrasiya, Yaxın Şərq, Ukrayna, eləcə də süni intellekt məsələsini müzakirə ediblər.
Keir Starmer Emmanuel Makrona Böyük Britaniyanın sərhəddən insan alveri və qaçaqmalçılıqla məşğul olan qruplara qarşı elan etdiyi yeni sanksiya rejimi haqqında məlumat verib.
Yaxın Şərqlə bağlı iki ölkə liderləri regional eskalasiyadan qaçmaq lazım olduğunu bildiriblər.
Ukraynaya gəlincə, Keir Starmer və Emmanuel Macron Ukraynanı sarsılmaz dəstəklədiklərini bir daha təsdiqləyərək, Ukraynanın 2025-ci ildə mümkün qədər güclü mövqedə olmasını təmin etməyin vacib olduğunu bildiriblər.