Keti Tsixelaşvili - Gürcüstanın baş nazirinin Rusiyaya müraciəti böyük bir məsuliyyətdir
Keti Tsixelaşvili - Gürcüstanın baş nazirinin Rusiyaya müraciəti böyük bir məsuliyyətdir

“Baş nazirin bəyanatı böyük məsuliyyətlə atılan bir addımdır və mövcud olan ağır vəziyyətdən çıxış yolunun tapılmasına doğru yönəldilib” – Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili, baş nazirin Rusiya iqtidarına dünənki müraciətini bu sözlərlə dəyərləndirdi.

“Bu ağır vəziyyətdən çıxmaq və münaqişənin tənzimlənməsi üçün əlimizdən gələni edirik. Baş nazirin dünənki müraciəti isə, bizim münaqişənin tənzimlənməsinə sülh yolu ilə yanaşdığımıın təsdiqidir. Gürcüstan müharibə istəməyən və münaqişələrin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olan bir ölkədir və baş nazirin müraciəti məhz bunu göstərdi” – dedi Keti Tsixelaşvili.